Haqqımızda
Təhminə
Sadıqova
İrəvanda doğulub Bakıda böyüdüm. Atam Tofiq bəy sənətkar-sahibkar, anam Bəyim xanım sənətkar-sahibkar-müəllimə idi — biçim, tikiş, toxuma bu evin dili idi. 4-5 yaşımda bir duz qabının üzərindəki quş və gül naxışına baxıb donub qaldım. O an gələcəyimi seçdim.
Əzim Əzimzadə adına Kollecdə modelyer-rəssam, Rəssamlıq Akademiyasında rəngkar kimi təhsil aldım. İllər boyunca öyrəndiklərim bir yerdə birləşdi: geyim estetika deyil, kimlikdir.
2016-cı ildə bacım Jalə xanımın böyük dəstəyi ilə TASA-nı qurdum. Məqsədim sadədir — hər insanın özünə xas stilini tapmağına kömək etmək. Bədəninə, rənginə, xarakterinə uyğun geyinən insan daha güclü, daha özündə hiss edir.
2025-ci ildən tasabrand.az üzərindən xidmət göstərirəm. Hər məhsul, hər konsultasiya — fərdin vizual kimliyini inşa etmək üçündür.
